2024-cü ildən fəaliyyət göstərən “SANRAYS FARMA” tibb sektorunda qabaqcıl mövqe tutan güclü şirkətlərdən biri olmağı hədəfləyən şirkətdir. Yüksək səviyyəli xidməti və farmasevtik preparatlarının marketinqi sahəsində Azərbaycanda bir çox aparıcı farmasevtik şirkətlər arasında ön sıralarda yer almağı hədəfləyir. Bütün məhsullar Türkiyə və Avropa ölkələrindən idxal olunur. Dərman preparatlarının seçilməsi, qeydiyyata alınması və ölkəyə gətirilməsinin nə qədər məsuliyyətli bir proses olduğunu anlayırıq və buna görə də işimizə yüksək peşəkarlıqla yanaşırıq. Biz daim öyrənir, araşdırmalar aparır, inkişaf edir və sağlam gələcəyin formalaşmasına öz töhfəmizi verməyə çalışırıq. Beynəlxalq standartlara uyğun şəkildə istehsal olunan səmərəli və yüksək keyfiyyətli preparatlar vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyirik. Əməkdaşlarımızın fəaliyyətinin və məmnunluğunun qiymətləndirilməsinin, onların bütün proseslərdə aktiv iştirakının vacibliyinə inanırıq. “SANRAYS FARMA” şirkətinin marketinq heyəti tamamilə həkimlər, əczaçılar və aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarətdir. “SANRAYS FARMA” Bakı şəhəri ilə yanaşı Azərbaycanın bir çox rayon və şəhərlərində fəaliyyət göstərir.