№30 Kapsul
Tərkibi: 1 Kapsulun tərkibində
Passiflora 150 mq
Melissa 100 mq
Yemişan 150 mq
Maqnezium laktat dihidrat 150 mq
Melatonin 1 mq
Vitamin B6 3 mq
FARMAKOTERAPEVTİK QRUPU:
Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ, spazmolitik preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Passiflora - ( Qonaqotu ) – Tərkibindəki Viteksinlə zəngin Flavonoid və Alkaloidlərin hesabina Reflektor oyaniqligi və qicolma zamani hərəki aktivliyi azaldir, zəif qicolma əleyhinə təsir göstərir . Nəzərə carpmayan spazmolitik aktivliyə malikdir . Passiflora sakitləşdirici kimi nevrasteniya, yuxusuzluq, klimakterik dövürdə müşahidə olunan vegetativ pozulmalar zamani sakitləşdirici vasitə kimi istifadə olunur . Neyro - vegetativ distoniyalar , qorxu , həyacan və əsəbilik hallarinda təyin olunur .
Melissa ( Dərman limonotu) - Tərkibi Fenolkarbon turşulari, qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir Antidepressant, sedativ və sinir sisteminə sakitləşdirici təsiri var. Spazmi aradan götürür, qusma əleyhinə effekt göstərir, qəbizlik zamanı effektivdir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanın yüngül formalarmda, iştahasızlıqda, diskineziyada , meteorizmdə , menstrual sikl pozğunluqlarında təyin edilir .
Yemişan ekstraktı – Flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir. Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Yemişan qədər ürəyə faydali bir bitki yoxdur.Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur. Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki maddələrdən təmizləyir.
Maqnezium bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium deffisiti orqanizmdə ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritminin pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
Melotonin Bu hormona Gözəllik , Cavanliq və Yuxu hormonuda deyilir . Melotonin hormonu orqanizmi stresdən qoruyur. Melotonin hormonunun catişmazliği nəticəsində Yuxusuzluq , İmmun sistemin zəifləməsi, təzyiqin qalxmasi və düşməsi , əsəbilik və depresya yaranir.
B6 vitamini (piridoksin) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.
GÖSTƏRİŞLƏRİ :
- Müxtəlif mənşəli depressiv vəziyyətlər
- Yuxu pozgunlugu , Nevroz , Nevrotik hallar
- Emosional və psixovegetatit pozulmalar (ruh düşkünlüyü və.s)
- Apatiyalarda , Həyacan , Əsəbilik
- Əsəb sayəsində yaranan Qastrit, Xora, Mədə-bağirsaq pozulmalari
- Qiciqlanmiş bağirsaq sindromu
- Xroniki yorğunluq vəziyyətləri və asteniyalar
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
1 kapsuldan gündə 1- 2 dəfə təyin edilir .
Buraxılış formasi : DORMİR №30 Kapsul
İSTEHSALCİ ÖLKƏ : TÜRKİYƏ, YENİ PHARMA