№30 Kapsul
ELSINORM
1 kapsulun tərkibi
- Sitidin 5 Disodium Monofosfat – 100 mq
- Uridin 5 Disodium Monofosfat – 100 mq
- Vitamin B12 – 2,5 mkq
Farmakoterapevtik qrupu
Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparat.
Farmakodinamikası
Nevroloqların qarşılaşdığı xəstəliklər sırasında periferik neyropatiyalar dördüncü yeri tutur. Bu patologiyalar periferik sinirlərin zədələnməsi nəticəsində yaranır. Periferik neyropatiyadan təsirlənə bilən sinirlərə aşağıdakılar daxildir:
- İstilik, ağrı və toxunma kimi hissləri ötürən duyğu sinirləri
- Əzələlərin hərəkətini idarə edən motor sinirləri
- Qan təzyiqi, ürək döyüntüsü, həzm və sidik kisəsi funksiyalarını tənzimləyən avtonom sinirlər
ELSINORM əsasən periferik sinir sistemi pozğunluqlarının müalicəsində istifadə olunan Sitidin Monofosfat (SMF) və Uridin Monofosfat (UMF) nukleotidlər kompleksidir. Biokimyəvi baxımdan SMF neyronal membranı formalaşdıran lipid kompleksinin və xüsusilə mielin qatının sələfi olan sfinqomielinin sintezində iştirak edir. Bununla yanaşı SMF və UMF zülalların sintezində iştirak edir və nuklein turşularının (DNT və RNT) sələfidir.
UMF SMF-in təsirini tamamlayaraq neyronal quruluşların və mielin qatının qlikolipidlərinin sintezində iştirak edən koenzim rolunu oynayır. Bundan əlavə, əzələlərin yığılma prosesində energetik donor substrat kimi təsir göstərir. Nəticə etibarilə UMF və SMF mielin və digər sinir strukturlarının əsas vahidləri olan fosfolipidlərin və qlikolipidlərin sintezini stimullaşdırır.
Bu proseslər periferik sinir sistemində demielinizasiya nəticələrinin aradan qaldırılmasına, mielin qatının regenerasiyasına, sinir keçiriciliyinin və əzələ qidalanmasının bərpasına imkan yaradır.
Göstərişlər
- Radikulit (lumbaqo), bel ağrıları
- Osteoartikulyar patologiyalar, işias (oturaq sinirin nevralgiyası), radikulopatiya
- Osteoxondrozun nevroloji əlamətləri
- Üz siniri və üçlü sinirin nevriti, qabırğaarası sinirlərin nevralgiyaları
- Hemiplegiya, parez və ifliclərin bərpa dövrü
- Travmatik neyropatiyalar
- Diabetik neyropatiyalar, alkoqol polinevriti
- Pleksit, mielit
- Uşaq serebral iflici
- Sinir-əzələ keçiriciliyinin pozulması
- Çəpgözlük (oculomotorius sinirinin zədələnməsi zamanı)
- İnfeksion mənşəli neyropatiyalar (kəmərləyici dəmirov)
Qeyd
ELSINORM simptomatik deyil, patogenetik müalicə üçün nəzərdə tutulmuşdur. Tərkibində olan komponentlər:
- Funksional səviyyədə: sinir keçiriciliyini və əzələ trofikasını bərpa edir
- Klinik səviyyədə: zədələnmiş sahədə hərəki və hissi pozğunluqları aradan qaldırır
ELSINORM qaraciyərdə metabolizmə uğramır, böyrəklər vasitəsilə xaric olunur və uşaqlar ilə hamilələr üçün təhlükəsiz hesab olunur.
İstifadə qaydası
ELSINORM gündə 2–3 dəfə 1 kapsul, kifayət qədər su ilə, yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Buraxılış forması
ELSINORM №30 kapsul
İstehsalçı ölkə
Türkiyə