B.e. – B.: 09:00 – 21:00 +994 55 9454575 info@sanraysfarma.com
Home > Məhsullar > REBAZİL-D
REBAZİL-D

Tablet

REBAZİL-D

* Rabeprazol
* Domperidon

Rabeprazol- klinik və praktik üstünlükləri:
Turşuluqla əlaqəli xəstəliklərin simptomlarının tez aradan qaldırılmasını təmin edir

Xoraların sağalmasını təşviq edir və residivlərin tezliyini azaldır

Domperidon- prokinetik və qusma əleyhinə təsiri:
İlk növbədə mədə və mədə-bağırsaq traktının ləng hərəkəti nəticəsində yaranan mədə və yuxarı mədə-bağırsaq traktında
ürəkbulanma, qusma, ağrı və narahatlıq kimi simptomları aradan qaldırmaq üçün istifadə olunur

GÖSTƏRİŞLƏRİ:
* Mədə- 12 barmaq bağırsağın xorası
* Erroziv və xoralı ezofaqit və reflyuks ezofagit
* Qastroezofagial-reflyuks xəstəliyi
* Qeyri-xoralı dispepsiya
* Xroniki qastrit
* Peptik və stress xoraları
* Zollinger – Ellison sindromu
* Pilori-nin erradikasiyası (antibakterial müalicə ilə birlikdə)
* QSİƏP-ın uzun müddətli qəbulu ilə əlaqadar yaranan qastropatiyalar
* Xronik pankreatit kəskinləşmə fazasında
* Dispepsiya, qastroezofageal reflyuks və kolitlərlə əlaqədar olan meteorizm və abdominal diskomfortun yaxşılaşması məqsədi ilə təyin olunur. 
* Radioqrafiyada və yaxud mədə-bağırsaq traktının endoskopiyasında köpük yatızdırıcı kimi təyin olunur

FARMKOLOJİ QRUPU: Proton nasosunun inhibitoru/Qusma əleyhinə vasitə
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: Rabeprazol bir proton pompası inhibitorudur, mədə parietal hüceyrələrində H+/K+-ATP-azanın sulfhidril qruplarını
təsirsiz hala gətirən aktiv sulfonamid törəmələrinə metabolizə olunan xora əleyhinə vasitədir. Qıcıqlandırıcının təbiətindən asılı olmayaraq
bazal və stimullaşdırılmış sekresiyanın tərkibini azaldaraq, xlorid turşusu ifrazının son mərhələsini bloklayır. Yüksək lipofilliyə malikdir,
mədənin parietal hüceyrələrinə asanlıqla nüfuz edir və onlarda cəmləşərək sitoprotektiv təsir göstərir. Domperidon qusma əleyhinə, prokinetikdir. Domperidon yüksək selektiv dopamin reseptor blokatorudur, əsasən periferik dopamin reseptorları (DA2 reseptorları) ilə qarşılıqlı əlaqədə olur, bu da xolinergik sistemlə qarşılıqlı təsir nəticəsində mədə-bağırsaq traktının əzələ liflərinə dopaminin inhibitor təsirinə səbəb olur. Mədə və 
onikibarmaq bağırsağın işini yaxşılaşdırır, onun boşalmasını sürətləndirir, aşağı özofagus sfinkterinin tonusunu artırır, ürəkbulanma və qusma və digər dispeptik reflekslərin inkişafını aradan qaldırır.
Farmakokinetikası: Daxilə qəbul edildikdən sonra o, sürətlə sorulur və plazmada max konsentrasiyası 1-2 saatdan sonra qeyd olunur. Qida ilə 
birlikdə qəbul edildikdə preparatın biomənimsənilməsi aşağı düşür. Plazma zülalları ilə 97% birləşir. Preparatın metabolizmi əsasən qaraciyərdə gedir. Yarım atılma dövrü 1,5 saatdır. Əksər hissəsi orqanizmdən ödlə, 15-30% -i metabolitlər şəklində sidiklə xaric olur.
ƏKS-GÖSTƏRİŞLƏR: Hamiləlik və laktasiya dövrü, rabeprazol və domperidona qarşı həssaslığın artması, kəskin böyrək çatışmazlığı, 
kreatin klirensi 30 ml/dəq

İSTİFADƏ QAYDASI:
Preparat səhərlər acqarına yeməkdən 15- 20 dəq əvvəl qəbul olunur. 12 barmaq bağırsağın xora xəstəliyində : 1 tablet gündə 1 dəfə (4 həftə)
Mədənin xora xəstəliyində: 1 -3 tablet gündə 1 dəfə ( 4-8 həftə). Qeyri xoralı dispepsiya: 1 tablet gündə 1 dəfə ( 2-4 həftə).
Eroziv-xoralı ezofagit: 1-3 tablet gündə 1 dəfə ( 4-8 həftə)

BURAXILIŞ FORMASI: 30 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.