B.e. – B.: 09:00 – 21:00 +994 55 9454575 info@sanraysfarma.com
Home > Məhsullar > SİLVİTA
SİLVİTA

Kapsul

SİLVİTA 
Tərkibi: 1 Kapsulun tərkibində
Silimarin-150 mq; Artişok-100 mq; Solmazçiçəyi-50 mq ;                            
Nanə yarpağı-50 mq; Adi boymadərən-100 mq

FARMAKOLOJİ QRUPU: HEPATOPROTEKTOR  ;  ÖDQOVUCU ;  ANTİOKSİDANT; DETOKSİKATOR   ; SPAZMALİTİK
Silimarin - Tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenarasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların va peroksid birlaşmələrin zədələyici təsirindən müdafiə edir. Nəticədə hepatosidlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısını alır və regenerasiya prosesləri sürətlənir. Silimarinin Tərkibində olan Omeqa 6  və Omeqa -9  turşulari pozulmuş lipid mübadiləsini tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən  və toksinlərdən təmizləyir.  Öd ifrazini yaxşilaşdirir.
Artişok – Tərkibində olan kimyəvi kampanentlər: 1. Fenol Karbon turşulari (Qəhvə turşusu, Xloroge turşusu, Ferulin turşusu və Sinarin ) 2. Flavonoidlər  (Lüteolin ) 3.Seskviterpenlər  (Sinaroprisin). SİLVİTA tərkibində olan bu kimyəvi kampanentlərin sayəsində  HEPATOPROTEKTOR  ;  ÖDQOVUCU ;  ANTİOKSİDANT;  HİPOXOLESTERİNEMİK  olmaqla müştərək təsir gösdərir. Qaraciyərin funksional  hüceyrə membranini möhkəmləndir, qəbizlik əleyhinə təsir edir, bağirsaqlarin fəaliyyətini yaxşilaşdirir, Ödün axmasini asanlaşdirir , yerli ödemi götürür.
Solmazçiçəyi çiçəkləri – Ödqovucu, spazmolitik , antiseptik  təsir göstərir. Mədənin və mədəaltı vəzin sekresiyasını artırır, həzmi yaxşılaşdırır,bağırsaqlarda köpü və ağızda acılığı azaldır. Xroniki Xolesistitlərdə, pankreatitlərdə, hepatitlərdə, qaraciyərin piy distrofiyasında və öd yollarının diskineziyası ilə əlaqədar yaranan qəbizliklərdə istifadə olunur.
Adi boymadərən –Tərkibində olan Vitamin A, C, K, Karotin, Efir birləşmələri  və Flavonoidlərin sayəsində    qastrit vəya kolit halinda xoranin sağalmasina kömək edir. Mədə bağirsaq sisteminin spazmlari  zamani spazmalitik ,  ödqovucu kimi təsir göstərir. Qədim zamanlarda  adi boymadərən Ağciyər. Mədə bağirsaq, Babasil və burun qanaxmalarini dayandirmaq ücün istifadə edirdilər.
Nanə yarpağı- Mədə bağirsaq sisteminin spazmlari  , meteorizm zamani spazmolitik vasitə kimi cox faydalidir.  Sakitləşdirici, spazmolitik, ağrıkəsici, ödqovucu, antiseptik vasitə kimi ürəkbulanma, qusma, mədə-bağırsaq traktının spazmları, qaraciyər və öd yollarının xəstəliklərində istifadə  olunur.

GÖSTƏRİŞLƏRİ:
* Xroniki virus hepatitlari
* Keçirilmiş kəskin virus hepatitlərindən sonrakı reabilitasiya dövrü
* Piy mübadiləsinin pozulması ilə əlaqədar qaraciyərin zədələnməsi, o cümlədən stearoz və qaraciyərin piy distrofiyası
* Müxtəlif etiologiyalı qaraciyər sirrozları
* Lipid-xolisterin mübadiləsi pozğunluğunun kompleks müalicəsi
* Müxtəlif ağırlıq dərəcəsində olan qaraciyər ensefalopatiyaların
* Xəstəlarin zülal çatışmazlığında parenteral qidalanması zamanı
* Hamiləlik toksikozları. Hestozlar
* Daşsız xroniki xolesistit, öd yolunun hipokinetik diskineziyası
* Hepatotoksik preparatların qəbulu və qaraciyərin dərman zədələnmələri

İSTIFADƏ QAYDASI VƏ DOZASİ: 1 Kapsundan gündə  2-3  dəfə yeməkdən sonra .
Buraxılış Forması:  SILVİTA  №30  Kapsul